Əhalinin su sayğacları ilə təmin olunması prosesi çox ləng gedir

2014-cü ildə istehlakçılara 263,6 mln. m3 su verilib ki, bu da əvvəlki ildə olduğundan 3,4 faiz çoxdur

Source:


2014-cü ildə istehlakçılara 263,6 mln. m

3

 su verilib ki, bu da əvvəlki ildə olduğundan 3,4 faiz çoxdur

2014-cü ildə 142 min istehlakçı su sayğacı ilə təmin edilib. Bu il yanvarın 1-i üçün əhalinin su sağyacları ilə təminatı 57 faiz təşkil edib.

“Azərsu” ASC-nin məlumatına görə, ötən il 134 min mənzil, həmçinin 8 min qeyri-əhali qrupu smart-kart tipli su sayğacı ilə təmin edilib.

2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə, 750 min abonent su sayğacı ilə təmin edilib. Prosesin başladığı vaxtdan (2012-ci ildən) indiyədək 352 min abonent smart-kart tipli su sayğacı ilə təmin edilib.

Kommunal xidmətlər üzrə digər qurumlar (“Azərenerji”, “Bakıelektrikşəbəkə”,  “Azəriqaz” İB SOCAR) sayğacların quraşdırılmasını bir neçə il əvvəl başa çatdırıblar, hətta onların müəyyən hissəsini elektron sayğaclarla əvəzləyiblər.

2011-ci fevralın 1-dən əhaliyə verilən 1 kub m. suyun tarifi böyük şəhərlər üçün 0,30 manat, digər regionlar üçün 0,25 manat təşkil edir. Sayğaclar pulsuz quraşdırılır. Yalnız xüsusi evlərdə yaşayan şəxslər, həmçinin kommersiya və digər istehlak qrupları istisna təşkil edir. Sayğacı olmayan bu qrup əhali ailənin hər üzvünə görə 5 kubmetr su istehlakı hesabı il ödəniş edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə istehlakçılara 263,6 mln. m

3

 su verilib ki, bu da əvvəlki ildə olduğundan 3,4 faiz çoxdur.

2005-2014-cü illərdə dövlət tərəfindən su təchizatı v kanalizasiya xidmətlərinin inkişafı üçün ayrılan investisiyanın həcmi 1 mlrd. 419 mln. manat təşkil edib. Bundan əlavə, bu məqsədlə ümumi məblği $500 mln.-dan az olmayaraq beynəlxalq kredit verilib (Turan İA).

Ana səhifəXəbərlərƏhalinin su sayğacları ilə təmin olunması prosesi çox ləng gedir