Əhali daha çox dərman almağa başlayıb

İdxal portfelində dərmanların payı I yarımildə 2,8 faiz olub.

Source:

İdxal portfelində dərmanların payı I yarımildə 2,8 faiz olub.

2014-cü ilin I yarısında əhali 137,2 mln manatlıq dərman preparatı və tibbi ləvazimat alıb. Dərman xərcləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artıb.

Məlumat “Turan İA”-a Dövlət Statistika Komitəsindən daxil olub.

Pərakəndə satış strukturunda dərmanların payı 1,3 faizdir.

Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycana bəyannamə qiyməti 116 mln dollar olan dərman idxal edilib. Qiymət ifadəsində idxal 4 faiz azalıb. İdxal portfelində dərmanların payı I yarımildə 2,8 faiz olub.

Azərbaycanda səhiyyə dövlət büdcəsində subsidiyalaşdırılır: bir sıra dərman preparatları xəstələrə pulsuz verilir.

DSK-nın məlumatına görə, dərman preparatlarının pərakəndə qiymətləri yanvar-iyun aylarında 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalıb.

Yerli dərman istehsalı cüzidir: ilin I yarısında 2 mln 179,3 min manatlıq dərman istehsal edilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 4,3 faiz azdır.

Ana səhifəXəbərlərƏhali daha çox dərman almağa başlayıb