Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin qaynar xəttinə il ərzində 8 mindən çox müraciət daxil olub
Korrupsiya faktlarına görə 2018-ci ildə əhalinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 – Qaynar xətti”nə ən çox şikayət etdiyi dövlət strukturu daxili işlər orqanları olub.
İl ərzində bu müraciətlərin sayı 757 olub.
“Report”
saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə, o cümlədən, 4204 ərizə, şikayətinə baxılıb. Eyni zamanda, Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 3854 müraciətə baxılıb. Həmin müraciətlərdən 3442-si ilkin, 412-si isə təkrar olub.
Dərc olunan siyahıda, daxili işlər orqanından başqa ilk üçlüyə səhiyyə sahəsi (484 müraciət) və sosial müdafiə sahəsi (429 daxildir).