“Əgər Əliyev hökumətinə diplomatik təzyiq təsir etmirsə, sanksiyalara baxmağın vaxtı çatıb”

Amerikalı analitiklər Bakıya qarşı sanksiyaların tətbiqinə çağırıblar

Source:


Amerikalı analitiklər Bakıya qarşı sanksiyaların tətbiqinə çağırıblar

Azərbaycanda vəziyyəti izləyən amerikalı analitiklər və fəallar prezident Obama administrasiyasını ölkədə insan hüquqlarının pozulması fonunda Azərbaycan hakimiyyətinə qarşı sanksiya tətbiq etməyə çağırıblar. Bu  çağırışlar dekabrın 12-də Vaşinqtonda Amerika Azərbaycanlıları Cəmiyyətinin (AZAD) təşkil etdiyi dinləmələrdə səslənib

“Təəssüf ki, Azərbaycan hökumətinin  hərəkətləri göstərir ki, Heydər Əliyevin  dövründə ABŞ və Azərbaycan arasında mövcud əməkdaşlıq başa çatacaq”, – ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç bildirib.

Debatlar 12 dekabr – Heydər Əliyevin vəfatının ildönümünə həsr olunub.

“2003-cü ildə vəfat edən Heydər Əliyevin, keçmiş DTK generalı olmasına, 30 il ölkəni  “dəmir əl” ilə idarə etməsinə baxmayaraq, o, ABŞ ilə “işləməyə hazır” idi”, – Kozlariç vurğulayıb.

“Bu əməkdaşlıq Azərbaycana öz  suverenliyini və müstəqilliyini möhkəmləndirməsinə, zəngin dövlətə çevrilməsinə imkan verirdi. Bizim dövlətlər siyasi və energetika sahəsində  kommersiya əməlkdaşlığını inkişaf etdirirdi, Əfqanıstanda əməkdaşlıq edirdi. Amerikanın yardım proqramlarının məhdudlaşdırılmasına baxmayaraq, biz demokratiyanın, söz azadlığı və insan hüquqlarının  möhkəmləndirilməsi üçün yerli QHT-lərlə işləyirdik”, – deyə sabir səfir o bildirib.

Kozlariç hesab edir ki, keçmiş prezidentin oğlu İlham Əliyev hakimiyyətə gəldikdən sonra ABŞ və Azərbaycan arasında münasibətlərdə yaxşı heç nə baş verməyib.

Əksinə, uzun illər Azərbaycanda vətəndaş cəmiyyətinə dəstəkdən sonra ABŞ QHT-lərinə ölkə üçün təhlükə kimi baxılır.

Buna sübut kimi, o, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sözlərindən sitat gətirib. Belə ki, R.Mehdiyev bildirib ki, ABŞ prezident İlham Əliyevi devirmək üçün sövdələşmələrdə iştirak edir.

R.Mehdiyev bizi Azərbaycanda hakimiyyəti devirmək istəyən “beşinci kolon” adlandırır. ABŞ ilə çalışan QHT –lər “Azərbaycanın xəyanətkarları” adlandırılır.

Sonra o, Azərbaycanın dövlət məmurlarının prezident Obamaya birbaşa hücumlarını qeyd edib.

Keçmiş səfir cavab tədbirləri kimi rəsmi Vaşinqtona təklif edib ki, ABŞ vətəndaşlarına xəbərdarlıq etsin. Belə ki, Azərbaycana səfər zamanı onlar izlənilə bilər, gizli çəkilişə və s. məruz qala bilər. “Onlarla digər başqa hadisələr də baş verə bilər”, – o vurğulayıb. “Əgər Əliyev hökumətinə diplomatik təzyiq təsir etmirsə, sanksiyalara baxmağın vaxtı çatıb.

Bu, insan haqlarının pozulmasının hansı nəticələrə səbəb olacağını hökumətə göstərəcək”, – Kozlariç bildirib.

Freedom House-un keçmiş prezidenti, hazırda isə   Makkeyn İnstitutunun direktoru David Kramer öz çıxışında bildirib ki, əgər hökumət öz vətəndaşlarına hörmətlə yanaşsa, sanksiya olmayacaq.

“Sanksiyalar rejim dəyişikliyi üçün lazım deyil,  rejimin özünü dəyişməyin vacibliyini anlaması üçündür”, – o vurğulayıb.

Kramerin sözlərinə görə, Azərbaycan təkcə Qərb prinsiplərini deyil, universal prinsipləri də pozur.

“Heç kim Azərbaycanla münasibətlərin pis olmasını istəmir. Ancaq getdikcə daha da korrupsiyaya uğrayan və daha da avtoritar olan rejimlə yaxşı münasibət qurmaq çətindir”, – o qeyd edib.

Kramer əlavə edib ki, son vaxtlar Azərbaycanda vəziyyət xeyli pisləşib. Hazırda ölkədə 100-dən çox siyasi məhbus var. Bu, sanksiya tətbiq etdiyimiz Rusiya və Belarusda olduğundan iki dəfə çoxdur. “Odur ki, onların azadlığa buraxılması məqsədilə təzyiq göstərmək lazımdır”, – o vurğulayıb.

Kramer təklif edib ki, bütün avropalı siyasi liderlər bu ilin fevralında Soçi olimpiya oyunlarında olduğu kimi 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını boykota çağırsınlar.

“Əliyevin Qərbin siyasi liderləri ilə mərkəzi stadionda yanaşı dayanmaq imkanlarından məhrum edilməsi onun imicinə ciddi zərbədir” , – Kramer bildirib.

Sonra çıxış edən AZAD rəhbəri Elmar Şahtaxtinski və onun müavini Qorxmaz Əsgərov bildiriblər ki, sanksiya tətbiq etməyin vaxtı çoxdan çatıb (Turan İA).

Ana səhifəXəbərlər“Əgər Əliyev hökumətinə diplomatik təzyiq təsir etmirsə, sanksiyalara baxmağın vaxtı çatıb”