Əfv komissiyasının yekun siyahısında 27 siyasi məhbusun adı var

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Source:
Помилование
Помилование


Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər

Martın 11-da Prezident yanında Əfv Məsələləri Komissiyası əfv olunmaq istəyən məhbusların müraciətlərinin araşdırılması işini yekunlaşdırb.

İclasda əfv edilməsini istəyən 100-dən artıq məhbusun müraciətinə baxılıb. Komissiya üzvlərinin baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verdikləri bildirilir, bu barədə APA məlumat yayıb.

İl ərzində komissiyada baxılmış müraciətlərin sayı 900-dən artıq olub. Komissiyanın indiyədək baxdığı müraciətlərin yarıya qədərinə – 450-dən çoxuna müsbət rəy verdiyi bildirilir.

Prosedura əsasən, komissiya əfv edilməsini uyğun hesab etdiyi məhbuslarla bağlı tövsiyyəvi qərar layihəsi hazırlayıb ölkə başçısına təqdim etməlidir.

Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da, sonuncu dəfə isə dünən – martın 10-da toplaşmışdı.

Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözləyirlər. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva Azadlıq Radiosuna bundan əvvəl demişdi ki, siyasi məhbus sayılan şəxslərdən 27-nin adı əfv komissiyasına verilib.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyillər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Ana səhifəXəbərlərƏfv komissiyasının yekun siyahısında 27 siyasi məhbusun adı var