Məlahət İbrahimqızı komissiyanın bir neçə iclasının keçirildiyini bildirib
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etdirilir.
Bu barədə APA-ya komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı məlumat verib. M. İbrahimqızı komissiyanın bir neçə iclasının keçirildiyini bildirib.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.
Əfv Komissiyası müraciətlərin araşdırılmasını başa çatdırdıqdan sonra siyahı dövlət başçısına təqdim olunacaq