Əfruz Hacıyevanın üzv olduğu məntəqə komissiyası buraxıldı

12 saylı məntəqə komissiyasının üzvü Əfruz Hacıyeva və başqaları Meydan TV-in əməkdaşı Cavid Abdullayeva hücum edərək onun saxrakarlıqları lentə almasına mane olmuş və vəsiqəsini cırmışdılar

Source:


12 saylı məntəqə komissiyasının üzvü Əfruz Hacıyeva və başqaları Meydan TV-in əməkdaşı Cavid Abdullayeva hücum edərək onun saxrakarlıqları lentə almasına mane olmuş və vəsiqəsini cırmışdılar

“Neqativ hallar seçkinin nəticəsinə təsir edəcək gücdə deyil. Azərbaycan ictimaiyyəti bu seçkilərə maraqla yanaşırlar. Seçkilərdən narazı olanlar var, amma bu, seçkiyə kölgə sala bilməz. Azərbaycan kiçik ölkədir, əgər hər hansı xoşagəlməz hal verərə, bu, dərhal yayılır”.

“Report”un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb.

MSK sədri bildirib ki, seçkilərlə bağlı fikir bildirərkən ədalətli olmaq lazımdır: “Neqativ hal baş verən 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsi buraxılıb. Ötən illərdə keçirilən seçkilərlə müqayisə edilsə, inkişaf açıq görünər. Hesab edirəm, seçkilər tam normal keçirilib”.

MSK sədri əlavə edib ki, 2 saylı Qaradağ-Binəqədi Yasamal bələdiyyəsi üzrə 15 saylı, 54 saylı Şabran Siyəzən bələdiyyəsi üzrə 37 saylı, 71 saylı Masallı Kənd bələdiyyəsi üzrə 4 saylı, 83 saylı Ağcabədi-Füzuli bələdiyyəsi üzrə 12 saylı məntəqələrdə də seçkilərin nəticələri ləğv edilib.

MSK sədrinin neqativ haldan danışdığı 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsi buraxılmaqla yanaşı, bu məntəqədə seçkinin nəticələri də ləğv olunub. Həmin məntəqə komissiyasının üzvü Əfruz Hacıyeva və başqaları Meydan TV-in əməkdaşı Cavid Abdullayeva hücum edərək onun saxrakarlıqları lentə almasına mane olmuş və vəsiqəsini cırmışdılar.

Ana səhifəXəbərlərƏfruz Hacıyevanın üzv olduğu məntəqə komissiyası buraxıldı