Əfqanıstanda və Pakistanda zəlzələ olub, ölənlər var

Əfqanıstan, zəlzələ. Foto: AA

100-ə yaxın insan yaralanıb

Martın 21-i günün ikinci yarısında Əfqanıstanın şimal-şərqində və Pakistanın Xayber-Paxtunxva əyalətində 6.5 bal gücündə zəlzələ olb.

İlkin məlumatlara görə, azı 13 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Hindukuş dağlarıdır:

Həmin ərazi əhalinin az məskunlaşdığı ərazidir. Buna rəğmən paytaxt Kabilin bir çox sakini gecəni çöldə keçirib”.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Pakistan, Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan və Türkmənistanda təxminən 285 milyon insan tərəfindən eni 1000 kilometrdən (621 mil) çox olan ərazidə hiss edilib.

2022-ci ildə Əfqanıstanın şərqində baş verən 6,1 bal gücündə zəlzələ 1000-dən çox insanın həyatına son qoyub.

Ana səhifəDünyaƏfqanıstanda və Pakistanda zəlzələ olub, ölənlər var