Əfqan Sadıqlı saxlanıldı (yenilənib)

Jurnalistin hara aparıldığı barədə dəqiq məlumat yoxdur

Source:
Əfqan Sadıqov
Əfqan Sadıqov


***


Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə Əfqan Sadıqova İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) ilə 1 ay inzibati həbs verilib.


Məlumatı Meydan TV-yə Səbail Rayon Məhkəməsindəki mənbələr verib.


***


Jurnalistin hara aparıldığı barədə dəqiq məlumat yoxdur

“Azel.TV” saytının baş redaktoru Əfqan Sadıqlı noyabrın 27-də Prezident Administrasiyasının qarşısında saxlanılıb. O, həyat yoldaşı Sevinc Sadıqovanın yanında

mülki geyimlilər tərəfindən maşına mindirilərək aparılıb. Sevinc Sadıqovanın Meydan TV-yə verdiyi məlumata görə, heç bir izahat vermədən, jurnalisti zorla maşına mindirib aparıblar və hara apardıqları barədə dəqiq məlumat verməyiblər.

Sonradan onun 9-cu polis bölməsinə aparıldığı xəbərini alan Sevinc Sadıqovaya bölmədən jurnalistin orada olmadığını, Sabail Rayon Polis İdarəsinə aparıldığını bildiriblər. Səbail Rayon Polis İdarəsindən isə deyiblər ki, Əfqan Sadıqlı orada yoxdur.

Bir müddət əvvəl də Əfqan Sadıqlı 30 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Ə.Sadıqlı ilk dəfə 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O, CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.

Ana səhifəXəbərlərƏfqan Sadıqlı saxlanıldı (yenilənib)