Əfqan qadınlar Talibanla danışıqdan öncə azadlıq tələb edilər

Kimliyini gizlətmək üçün Forotanın kamerasından uzaqlaşaraq danışan orta yaşlı qadın videolardan birində deyir

Source: Specify Source


“Bu gün ABŞ və dünya bizi hələ də hər gün öldürən qrupa təslim edir”

Farahnaz Forotan Talibanın Kabilə gəldiyi gün üç yaşında olub.

“1996-cı il. Qarlı gün idi, anamın qucağında, mikroavtobusda oturmuşdum və o ağlayırdı. Niyə ağladığını başa düşmədim”,- Forotan ailəsinin qaçqın düşdüyü gün xatırlayaraq “Guardian”a danışıb.

Forotanın ailəsi vətəndaş müharibəsindən qaçaraq İrana sığınır. Lakin ağrılı günlər yaşayan ailəsi 2001-ci ildə Əfqanıstana qayıdır.

Jurnalist olaraq fəaliyyət göstərən Forotan ölkəni gəzərək uşaqlığını məhv edən militanların qarşıdan gələn sülh danışıqlarını pozaraq qadınların haqlarını əllərindən almamaları üçün çalışır.

O, videolar çəkərək sosial mediada “Mənim Qırmızı Xəttim” (Myredline) hashtagi ilə paylaşır. Qadınlardan alınan müsahibələr əfqan liderilər, xarici diplomatlar, və sivil cəmiyyət qrupları ilə lobbiçilikdə istifadə edilir.

“Bu gün ABŞ və dünya bizi hələ də hər gün öldürən qrupa təslim edir … küçələrimizdə, məktəblərimizdə və evlərimizdə. Biz müharibə, şiddət və ağrılar üzündən çox uzun müddət susduq. Ancaq indi qışqırmaq istəyirik”,- deyə Forotan bildirib.

Taliban və Əfqanıstan hökuməti arasındakı danışıqlar bu həftə Qətərdə başlaya bilər. ABŞ-ın təzyiqi ilə bazar günü 400 hərbçi militan həbsdən azad edilib. Bu, Talibanın danışıqlara qatılması qarşılığında tələbidir.

Bir çox qadın Talibanın süqutundan bəri 20 il ərzində əldə edilən azadlıqlarının danışıqlarda qurban ediləcəyindən qorxur. İyirmi bir üzvdən ibarət danışıq qrupuna cəmi beş qadın daxildir.

Kimliyini gizlətmək üçün Forotanın kamerasından uzaqlaşaraq danışan orta yaşlı qadın videolardan birində deyir:

“Mən davamlı sülh istəyirəm. Beş günlük bir barış mənim üçün və ya digərləri üçün yaxşı deyil. Xəstə uşağımı həkimə apararkən bir dəfə qamçılandım. Adamdan niyə məni vurduğunu soruşanda dedi ki, evdən kişisiz çıxmışam. Həyat yoldaşım əlildir, ailənin çörək qazananıyam mən. Evdən necə çıxa bilmərəm? Qadınların hüquqlarının tapdalanmadığı daimi sülh istəyirik”.

Forotan “Guardian”a bildirib ki, qadınların fikir müxtəlifliyi önəmlidir, çünki paytaxtla bölgələrdəki qadınlar fərqli problemlərlə üzləşirlər:

“Problem ondadır ki, bəziləri bu fərqi bizi başımıza çəkiclə vurmaq üçün istifadə etmək istəyir”.

Forotan şəhərbəşəhər etdiyi səyahətlər zamanı ürəkaçmayan hekayələrə rast gəlib: “Mən erkən ərə gedən, müharibə üçün ərlərini itirən və kiçik uşaqları olan gənc dul qadınlarla tanış oldum. Ailənin 20-dən çox üzvünü itirən bir qadını gördüm”.

“Lakin Forotan güc hekayələri də toplayıb”, – Guardian bildirib: “Bütün bu çətinliklərdən keçmiş və uşaqlarının təhsil alması üçün hələ də yorulmadan çalışan qadınların şahidi oldum. Kişilərin üstünlük təşkil etdiyi şəhərlərdə cəmiyyətin stereotiplərinə qarşı cəsarətlə meydan oxuyan qızlarla görüşdüm”.

“Əfqan qadınlar yalnız öz hüquqları barədə narahat deyillər”, – Forotan deyib: “Qadınlar son 20 ildə əldə etdiyimiz quruluşdan narahatdırlar. Çatışmazlıqları olsa da, onu qorumaq lazımdır. Bunlar qadınların və ya kişilərin tələbləri deyil. Bu, hamıya aid ümumi narahatlıqlardır”.

Ana səhifəDünyaƏfqan qadınlar Talibanla danışıqdan öncə azadlıq tələb edilər