Əfqan Nağıyev

Mənbə: arxiv

Başlıq: Əfqan Nağıyev

Əfqan Nağıyev ev dustaqlığına buraxılıb

DSX-nın sabiq rəis müavini ilə bağlı məhkəmə qərar çıxarıb

Bakı Hərbi Məhkəməsi avqustun 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyevin ev dustaqlığına buraxılması haqqında qərar çıxarıb.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib.

Mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti Respublika Prokurorluğu ilə birgə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində apardığı əməliyyat nəticəsində Əfqan Nağıyev və bir neçə şəxs həbs edilmişdi.

Mayın 15-də Bakı Hərbi Məhkəməsi Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev haqqında istintaq getdiyi dövrdə həbsdə saxlanmasına qərar verib. Məhkəmə Ə.Nağıyev və onunla birlikdə tutulan Sahil Mühafizə Xidmətinin vəzifəli şəxslərinin barəsində prokurorluğun təqdimatını təmin edib. Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

General Ə.Nağıyev və digər təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülmüşdü.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ny2c8m

Ən çox baxılan