”Əfqan Muxtarlıya görə 100-dən çox adam dindirilib”

Arçil Talakvadze: ”Kameralardan 30-dan çox çəkiliş götürülüb”

Source:


Arçil Talakvadze: ”Kameralardan 30-dan çox çəkiliş götürülüb”

Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı 100 nəfərdən çox adam dindirilib, kameralardan 30-dan çox çəkiliş götürülüb.

Bu barədə Gürcüstan parlamentində çoxluq təşkil edən koalisiyanın lideri Arçil Talakvadze

“Rustavi 2”

kanalının “Seçim” proqramına müsahibəsində deyib.

Arçil Talakvadze deyib ki, istintaq hadisə baş verən andan başlayıb.

“Eyni zamanda, Gürcüstan Azərbaycana Əfqan Muxtarlını dindirmək üçün müraciət edib. Bu dindirmənin protokolu işə daxil ediləcək”,-Talakvadze belə deyib.

Əfqan Muxtarlının mayın 29-da Tbilisidə, evinin yanından oğurlanaraq Bakıya gətirildiyi bildirilir. Mayın 30-da Səbail Rayon Məhkəməsi onum barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Daha sonra ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Əfqan Muxtarlı Gürcüstanda siyasi məhbuslara azadlıq tələbi ilə bağlı aksiyalarda fəal iştirak edirdi. O həmçinin Əliyevlər hakimiyyətinin Gürcüstandakı biznesini də ortaya çıxarmışdı. Əfqan Muxtarlı jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Ana səhifəXəbərlər”Əfqan Muxtarlıya görə 100-dən çox adam dindirilib”