Əfqan Muxtarlının şikayəti təmin edilmədi

YAP-çı deputat Elman Nəsirov məhkəməyə çağrıldı

Source:


YAP-çı deputat Elman Nəsirov məhkəməyə çağrıldı

İyunun 29-da Bakı Apelyasiya Məhkəməsində Əfqan Muxtarlının apelyasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Vəkil Elçin Sadıqov bildirib ki,Ə. Muxtarlının cinayət işi “Meydan.tv” ilə bağlı başlanılan cinayət işinə birləşdirilib:

“Biz istintaq orqanına vəsatət verdik ki, deputat Elman  Nəsirov və İTV-də yayımlanan “Carçı” proqramının aparıcısı ifadə versinlər. Onlar Əfqan Muxtarlı barədə keçirilən əməliyyat haqqında yaydıqları informasiyanı haradan aldıqlarını açıqlasınlar”. Vəkil qeyd edib ki,vəsatət təmin edilib və həmin şəxslər dindiriləcək.

Bir müddət əvvəl Nəsimi rayon Məhkəməsi təmin etməyib. Apelyasiya şikayəti həmin qərardan verilib.

Ə.Muxtarlı mayın 29-da yaşadığı Tbilisi şəhərindən yoxa çıxıb. Mayın 30-da onun Azərbaycanda olduğu məlum olub. Jurnalalistin sözlərinə görə, o, yaşadığı evin yaxınlığından oğurlanıb, qanunsuz şəkildə sərhədi keçirilib və zorla cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərƏfqan Muxtarlının şikayəti təmin edilmədi