Əfqan Muxtarlının apelyasiya şikayəti təmin olunmadı

Jurnalistin məhkəməsi qapalı keçirilib

Source:


Jurnalistin məhkəməsi qapalı keçirilib

İyunun 6-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının apelyasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə,hakim İlqar Murquzovum sədrliyi ilə keçirilən qapalı iclasda qərar elan edilib. Məhkəmə şikayəti təmin etməyib.

Əfqan Muxtarlı barəsində Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri  ilə ittiham irəli sürülüb.

Baş prokurluğun yaydığı məlumatda qeyd edilib ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Əfqan Muxtarlı isə vəkili vasitəsilə bildirib ki, o, mayın 29-da Tbilisidə yaşadığı evin yaxınlığında kriminal polis dəstəsi tərəfindən oğurlanıb və Azərbaycana gətirilib. Qolları bağlı vəziyyətdə olan jurnalistin cibinə zorla 10 min avro pul qoyulub. Bakıya çatdıqdan sonra isə onun barəsində cinayət işi açılıb.

Səbail rayon Məhkəməsi Əfqan Muxtarlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Apelyasiya şikayəti həmin qərardan verilmişdi.

Ana səhifəXəbərlərƏfqan Muxtarlının apelyasiya şikayəti təmin olunmadı