Əflatun Amaşov Şirin Abbasovun saxlanılmasından danışdı

“Güman ki, bu gün Şirin Abbasov da azadlığa buraxılacaq”

Source:


“Güman ki, bu gün Şirin Abbasov da azadlığa buraxılacaq”

Mətbuat Şurasının sədri Əflatun Amaşov Meydan.tv-nin əməkdaşları Aytac Əhmədova və Şirin Abbasov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması barədə qaynar.info-ya açıqlama verib.

Əflatun Amaşovun sözlərinə görə, bu hadisədə ictimaiyyətin bilmədiyi məqamlar var: “Bu cür saxlamalar dünyanın bütün ölkələrində var. Özü də bunu saxlanma kimi qiymətləndirmək olmaz. Jurnalist müəyyən müddətdə müvafiq qurumlara dəvət olunur və bu məsələlər də protokollaşdırılır. Ona görə də düşünürəm ki, bu məsələni söz və mətbuat azadlığı müstəvisində qaldırmaq lazım deyil”.

Mətbuat Şurasının sədri bildirib ki, hansı media qurumunda işləməsindən asılı olmayaraq Mətbuat Şurası müvafiq qurumlarla əlaqə saxlayır və məsələni nəzarətdə saxlayır: “Məsələ ilə bağlı bizə də məlumat vermirlər. Dünən Meydan.tv-nin bir əməkdaşı sərbəst buraxılıb. Güman ki, bu gün Şirin Abbasov da azadlığa buraxılacaq”.

Dünən Meydan.Tv ilə əməkdaşlıq edın Aytac Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən 5 saata yaxın saxlanılmışdı. Daha sonra o sərbəst buraxılıb. Şirin Abbasov isə hələ idarədə saxlanılır.

Ana səhifəXəbərlərƏflatun Amaşov Şirin Abbasovun saxlanılmasından danışdı