Eduard Qazaryanın apellyasiya şikayəti təmin olunmadı

Erməni əsilli şəxs Azərbaycanda doğulmasını əsas gətirərək, vətəndaşlığa mənsubiyyətin tanınmasını istəyir

Source:


Erməni əsilli şəxs Azərbaycanda doğulmasını əsas gətirərək, vətəndaşlığa mənsubiyyətin tanınmasını istəyir

Bakı Apellyasiya Məhkəməsi erməni əsilli Qazaryan Eduard Tapdıqoviçin apellyasiya şikayətini təmin etməyib. Məhkəmə avqustun 18-də qərarını açıqlayıb.

Meydan TV xəbər verir ki, E. Qazaryan Azərbaycanda doğulmasını əsas gətirərək, vətəndaşlığa mənsubiyyətin tanınması, yəni milliyyətinin azərbaycanlı olmasının təsdiq olunması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Lakin Dövlət Miqrasiya Xidməti onun istəyini qəbul etməyib. Bundan sonra o, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Lakin məhkəmə onun iddiasını təmin etməyib. Bundan sonra E. Qazaryan məhkəmə qərarından apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Ana səhifəXəbərlərEduard Qazaryanın apellyasiya şikayəti təmin olunmadı