Ədliyyə Nazirliyinin göndərdiyi məktubda səbəb və arqument yoxdur

Ədliyyə Nazirliyindən göndərilən məktubda nikahın qeyd alınmaması yazılsa da, heç bir səbəb göstərilməyib. Nigar Yaqublu etiraz edərək bilrib ki, burada səbəb və arqument yazılmayıb. Məktubda icazə verilməməsi əsaslandırılmayıb. “Biz də bilirik ki, imtina edilib. Lakin əsaslandırılmayıb”. Daha sonra Yaqublu həmin məktubu qəbul etmədiyini və səbəbin deyilməsini tələb edib. ASAN Xidmətdən isə Ədliyyə Nazirliyinə müraciət edilməli olduğu bildirilib.

Avqustun 1-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı jurnalist Seymur Həzi ilə ictimai fəal Nigar Yaqublunun nikah mərasimi olmalı idi. Lakin mərasimə icazə verilmədi

Ana səhifəVideoƏdliyyə Nazirliyinin göndərdiyi məktubda səbəb və arqument yoxdur