Prezident sərəncam imzaladı
Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.
İyunun 5-də prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
M. Əliyev buna qədər Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.
Məhərrəm Əliyev 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
O, 2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
M.Əliyev 30 noyabr 2012-ci il tarixli sərəncamı ilə prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
1 iyun
2017-ci il sərəncamı ilə vəzifəsindən azad olunub.