Şahin Əliyev buna qədər PA-da şöbə müdiri vəzifəsini icra edib
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Şahin Əliyev 1992-ci ildən Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.
“President.az” saytının struktur bölməsinin sıralamasından məlum olur ki, Şahin Əliyevin rəhbərlik etdiyi şöbə ləğv edilib.
O, həmin vəzifəyə 2019-cu ildə təyin edilib. Ona qədər Şahin Əliyev Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.
Şahin Əliyev 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Hüquq şöbəsinin müdir müavini təyin edilib.
1991-ci ilin sonunda Prezident Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə müdir təyin olunub.
O, 1991-ci ildən 2022-ci ilə kimi Prezident Administrasiyasında şöbə müdiri işləyib.
Şahin Əliyev hüquq elmləri namizədidir.
Ədliyyə Akademiyası isə 2006-cı ildə yaradılıb.