Ədəbiyyat üzrə Nobeli fransız aldı

Patrik Modianonun bir sıra əsərləri ekranlaşdırılıb, özü isə 2000-ci ildə Kann kino festivalının münsifi olub

Source:


Patrik Modianonun bir sıra əsərləri ekranlaşdırılıb, özü isə 2000-ci ildə Kann kino festivalının münsifi olub

Oktyabrın 9-da Nobel Ədəbiyyat mükafatının sahibinin kimliyi açıqlanıb. Bu, fransız yazıçı Patrik Modianodur. Fransız yazıçı “Ən ağlasığmaz insan talelərini təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və ifadə sənətinə görə



 Nobel mükafatına layiq görülüb.

1945-ci ilin 30 iyulunda doğulan Patrik Modianonun atası Toskanada məskunlaşmış qədim yəhudi nəslindəndir, anası isə flamand aktrisasıdır. 1942-ci ildə Parisin almanlar tərəfindən işğalı ərəfəsində tanış olmuş valideynləri 1944-cü ildə ailə həyatı qurublar. Modiano əvvəlcə IV Henrix adına Paris liseyində sonra isə Ansi kollecində təhsil alıb.

İlk romanı olan “Ulduz meydanı” 1968-ci ildə nəşr olunub və dərhal müəllifə məşhurluq gətirib. Müəllifin bütün əsərləri demək olar ki, avtobioqrafikdir və İkinci Dünya Müharibəsi zamanı Fransanın işğalı ilə əlaqədardır. Onun bir sıra əsərləri ekranlaşdırılıb, özü isə 2000-ci ildə Kann kino festivalının münsifi olub.

P. Modiano ailəlidir, iki qızı var.

Ana səhifəXəbərlərƏdəbiyyat üzrə Nobeli fransız aldı