***
10.53.
SHOW tv məlumat yayıb ki, 90 nəfər həyatını itirib, 1154 adam yaralanıb, 1563 hərbi çevriliş tərəfdarı isə saxlanılıb.
Türkiyənin Bakıdakı səfirliyi: ”Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verildi”
Türkiyənin Ədalət bakanı Bəkir Bozdağ Türkiyədə hakimiyyəti götürməyə cəhd edən Etimesgut Zirehli Birliklər Məktəbi ve Təlim diviza komandanlığından olan hərbçilər qərargahda xidmətdə olan digər əsgərlər tərəfindən polisə təslim ediblər.çevrilişə cəhd edənlərlə bağlı son məlumatları bölüşüb.
O, Fətullahçı Terror Təşkilatının (FETO) üzvü olan 754 nəfərin saxlanıldığını bildirib.
Eyni zamanda, Türkiyənin xüsusi təyinatlı polis bölmələri Jandarma Baş Qərərgahını çevrilişə cəhd edən qüvvələrdən azad edib.
Qərərgahı ələ keçirən Fətullahçı Terror Təşkilatının (FETO) üzvü olan hərbiçilər zərərsizləşdirilib.
Məlumatı
“Hurriyet”
qəzeti yayıb.
“Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir. Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb”.
Bu açıqlamanı Türkiyənin Azərbaycandakı səfirliyi yayıb.
“Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir. Bu Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə deyil. Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verildi”, deyə bəyanatda vurğulanıb.