Əcnəbi qadın özünü 5-ci mərtəbədən ataraq öldürüb

İntihar edən Moldova vətəndaşı Quria Qlafira bizneslə məşğul olurmuş

Source:


İntihar edən Moldova vətəndaşı Quria Qlafira bizneslə məşğul olurmuş

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 29/44 ev 6, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, Moldova vətəndaşı, 23 yaşlı Quria Qlafira yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

İntiharın dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, intihar edən qadın Bakıda bizneslə məşğul olurmuş.

Ana səhifəXəbərlərƏcnəbi qadın özünü 5-ci mərtəbədən ataraq öldürüb