Əcnəbi futbolçular Azərbaycandan FİFA-ya şikayət edib

Yaşar Seyidov: “Ödəmələrin gecikməsi müqavilələrə görədir”

Source:


Yaşar Seyidov: “Ödəmələrin gecikməsi müqavilələrə görədir”

Cari futbol mövsümü başa çatdıqdan sonra Azərbaycandan FİFA-ya kütləvi şikayətlər göndərilə bilər.  Bu barədə məlumatı

komanda.az

saytı yayıb. Məlumatda bildirilir ki, şikayətçilər müqaviləyə əsasən pulunu ala bilməyən “İnter” və “Simurq” klublarının əcnəbi futbolçuları ola bilər.

Komanda.az-ın xəbərinə görə, artıq “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze bununla bağlı eyham vurub. Gürcü mütəxəssis “Neftçi”ylə oyundan sonra keçirilən mətbuat konfransında belə ola biləcəyinə işarə edib: “Yanvarda klubun növbəti mövsüm üçün büdcəsi təsdiq olunub. Amma bəzi adamlar həmin pulu ödəmək istəmir. Belə vəziyyətin yaranması ölkə futbolunun imicinə də zərbədi. Sabah FİFA-ya şikayət olunsa, nə olacaq? “Bakı”dan bəlkə də 20 şikayət daxil olub FİFA-ya. Sabah başqaları da eyni addımı atsa, nə baş verəcək?”

“Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidov deyilənləri Meydan.TV-yə təsdiqləyib. Ancaq onun sözlərinə görə, şikayətçilərin sayı Kaxaber Tsxadadzenin dediyi qədər çox deyil: “Bir neçə əcnəbi futbolçunun ödəmələri gecikir. Bu da sırf onlarla bağlanmış müqavilələrə görədir. Həmin futbolçular da FİFA-nın Status Məsələləri və Transfer Komitəsinə şikayət ediblər. Hazırda bu məsələ ilə bağlı iş gedir, yaxın zamanlarda problem həll olunacaq”.

Ana səhifəXəbərlərƏcnəbi futbolçular Azərbaycandan FİFA-ya şikayət edib