Həlimə Əliyeva Türkiyədə müalicə alırmış
Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də vəfat edib.
Məlumatı Meydan TV-yə sabiq Baş nazir Pənah Hüseyn təsdiqləyib.
Pənah Hüseyn bildirib ki, Həlimə Əliyeva Türkiyədə müalicə alırmış.
Əbülfəz Elçibəy 1989-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri, 1992-1993-cü illərdə Azərbaycan prezidenti olub.
Ə.Elçibəy 2000-ci ildə Türkiyədə vəfat edib.