Əbülfəz Bünyadov məhkəmə zalında yerdə uzadılıb

Nardaran sakini hökmdən şikayət verib

Source:
Yerdə uzanan Əbülfəz Bunyadovdur
Yerdə uzanan Əbülfəz Bunyadovdur
Yerdə uzanan Əbülfəz Bunyadovdur
Yerdə uzanan Əbülfəz Bunyadovdur


Nardaran sakini hökmdən şikayət verib

Bakı Apelyasiya Məhkəməsində 2015-c il noyabrın 26-da Nardaranda altı nəfərin öldüyü, Taleh Bağırzadə də daxil, xeyli insanın həbs olunduğu əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünyadovun şikayətinə baxılır. Həmin əməliyyatda aldığı iki güllə yarasından hərəkət qabiliyyətini tamamilə itirib iflic olan Ə.Bünyadov 15 il azadlıqdan məhrum edilib. Ə.Bünyadov haqqındakı hökmdən şikayət verib.

Ə.Bünyadov və onunla birlikdə mühakimə olunan Elxan İsgəndərovun şikayətinə hakim Əmir Bayramovun sədrliyilə baxılır.

Ə.Bünyadov məhkəməyə xərəkdə gətirilib və yerdə uzadılıb.

Ə.Bünyadov bildirib ki, məhkəməyə onu məcburi gətiriblər. Hakimin təklifi ilə, o, durumu ilə əlaqədar məhkəmədə iştirak etmək istəmədiyi haqda ərizə ərizə yazıb.

Məhkəmədə vəkil Fariz Namazlı çıxış edərək, təqsirləndirilən şəxslərin heç bir cinayət törətmədiklərini, haqsız həbs edildiklərini, onlara qarşı ittihamların əsassız olduğunu bildirib və bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə sentyabrın 14-nə qədər təxirə salınıb.

Ə.Bünyadov Nardaran əməliyyatında həbs olunsa da, 1 il saxlandıqdan sonra evinə buraxılmışdı. O, iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün yenidən həbs olunub. Hökmə əsasən, o, dövlət çevrilişinə cəhd, terrora çağırış, qəsdən adam öldürmə və s. ittihamlarla təqsirlib bilinərək, 15 il, Elxan İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilməyiblər.

“Polislər özləri əliyalın adamlara hücum etdilər. Ölənlərin hamısını da özləri güllələyiblər”, – deyə Ə.Bünyadov bildirib.

Ana səhifəXəbərlərƏbülfəz Bünyadov məhkəmə zalında yerdə uzadılıb