Əbülfəs Qarayev: İnsanlar hostellərin nə demək olduğunu biləcəklər

DİN rəsmisi: ”’Hostellər xalqımızın mentalitetinə yaddır”’

Source:


DİN rəsmisi: ”’Hostellər xalqımızın mentalitetinə yaddır”’

“2 aya insanlar hostellərin nə olduğunu aydın təsəvvür edə biləcəklər”, –  turizm naziri Əbülfəs Qarayevin sözləridir.

O, bu sözləri iyunun 8-də Milli Turizm Təbliğat Bürosunun gəlmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüşündə deyib.

Nazir bununla bağlı artıq sərəncam verildiyini bildirib: ”Qanunvericlik çərçivəsində yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olacağı zaman onun müvafiq şərtlərə əməl olunması lazımdır. Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı göstərişlər verilib. Hazırda bu tapşırıqların üzərində işləyirik. Təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqdan sonra artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edə biləcəklər”.

Nazir vurğulayıb ki, hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var: “İnsanlar normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər”.

Aprelin 11-də Bakıda fəaliyyət göstərən “Freedom” hostel qapadıldı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin

rəisi Ehsan Zahidov

açıqlama verərək “hostellər xalqımızın mentalitetinə yaddır”, – dedi.

DİN rəsmisi hostellərin qeyri-yaşayış binalarında açılmalı olduğunu söyləyib:

 “Sahibkar qanunları pozmayıb. Ancaq qonşuların şikayəti polisin operativ reaksiyası üçün əsas verib. Biz ilkin istintaqı aparıb, işi məhkəməyə göndərdik. Artıq məsələni məhkəmə həll edəcək”.

Ana səhifəXəbərlərƏbülfəs Qarayev: İnsanlar hostellərin nə demək olduğunu biləcəklər