Əbdül Əbilovun şikayəti təmin olunmadı (VİDEO)

Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi “N!DA”çı, “Yaltaqlara dur deyək” səhifəsinin admini Əbdül Əbilovun şikayətini təmin etməyib. O, narkotik maddə alverində ittiham olunaraq 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Xalid Bağırov Meydan TV-yə deyib ki, Apellyasiya Məhkəməsindən bir nəticə gözləmirdilər: “Yalnız şikayət verməli idik deyə verdik. Məhkəmə əvvəldən araşdırmağa niyyəti olmadığını göstərdi. Istintaqsız qərar qəbul elədi. Sözümüzü dedik. Yolumuz Avropa İnsan Haqları Məhkəməsinədir”.


Məhbus fəal kassasiya şikayəti verəcək

Əbdül Əbilov 2013-cü il noyabrın 22-də həbs olunub. Polislər onun cibinə 2,679 qr. heroin qoyublar, mənzilində isə  4,677 qr. heroin “tapılıb”. Ə.Əbilov mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.

Ana səhifəVideoƏbdül Əbilovun şikayəti təmin olunmadı (VİDEO)