Əbdül Əbilova 6 il yarım iş istənildi

Gənc bloqqer: “Vicdanı olan o şəxsdir ki, öz mənliyini vəzifəsindən üstün tutsun”

Source:

Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc bloqqer Əbdül Əbilovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə dövlət ittihamçısı gənc bloqqerə 6 il yarım iş istəyib.

Prokuror çıxış edərkən Əbdül Əbilov ona replika atıb: “Vicdanı olan o şəxsdir ki, öz mənliyini vəzifəsindən üstün tutsun”.

Bloqçunun vəkili Xalid Bağırov çıxış üçün vaxt istəyib. Proses mayın 27-dək təxirə salınıb.

Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.

O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur.

Ana səhifəXəbərlərƏbdül Əbilova 6 il yarım iş istənildi