Bloger “Facebook”-da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub
Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyev gənc bloqqer Əbdül Əbilova hökm oxuyub.
Əbdül Əbilov 5 il 6 ay azadlıqdan məhrum olunub.
Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.
O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur. Ancaq ona istintaq zamanı siyasi suallar verilib.