DYP: Sarı zolağa daxil olan 941 sürücü cərimələnib

”Yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmayın!”

Source:


”Yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmayın!”

İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya mayın 5-dən bu günədək zolaqlara daxil olaraq qayda pozan 941 nəfərin inzibati məsuliyyətə cəlb edildiyini bildirib:

“Sabahdan yarışlara qatılacaq idmançıları daşıyan nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi artacaq. Buna görə də sürücülərdən diqqətli olmaları, yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmamaları xahiş edilir. Həmin zolaqlardan istifadə hüququ olmayan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəklərini bir daha nəzərinizə çatdırıram”.

Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Ana səhifəXəbərlərDYP: Sarı zolağa daxil olan 941 sürücü cərimələnib