Mənbə: Meydan.TV

DYP rəsmisi: Yol polisinin rüşvət alması iddiası araşdırılır

Polis: "Bu nədir verirsən, 100 manatlıq qayda pozuntusuna?!"

Yol polisinin rüşvət alması iddiası araşdırılır. Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev “Yeniavaz.com” saytına açıqlamasında belə deyib. İdarə rəsmisi bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır: “Hazırda xidməti yoxlama aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Meydan TV Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı videogörüntü yayımlayıb.

Videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif edir. Polis isə məbləğlə razılaşmayaraq “bu, nədir verirsən 100 manatlıq qayda pozuntusuna?” deyir. Daha sonra, o, sürücü barəsində protokol tərtib etmədən onu buraxır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2uwuyn

Ən çox baxılan