”DYP əməkdaşı piyadanı vuraraq öldürüb”

Hadisəni törədən polis baş serjantına qarşı cinayət işi açılıb

Source:


Hadisəni törədən polis baş serjantına qarşı cinayət işi açılıb

Dövlət Yol Polisi əməkdaşının piyadanı vuraraq öldürdüyü bildirilir. Hadisə ötən il, dekabrın 28-də Bakıda baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına

görə

,  səhər saat 7 radələrində Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində Bakı şəhər sakini Nicat İbrahimli idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ədilə İdrisovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sosial şəbəkələrdə “10 XX 955” dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomaşının sürücüsü, polis baş serjantı Nicat Əfqan oğlu İbrahimlinin qaçıb gizlənməsi haqqında məlumatlar yayılıb.

Bakı Şəhər Baş Polis İdarəsi isə APA-ya açıqlamasında deyilənləri

yalanlayıb

.

“Bildirik ki, məlumatlar həqiqətə uyğun deyil. Dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski – 99 ünvanında yerləşən “Ruslan” marketin qarşısında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı Nicat Əfqan oğlu İbrahimli idarə etdiyi “10 XX 955” dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Ədilə Tapdıq qızı İdrisovanı vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi “Nissan Sentra” markalı, “90 US 078” dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və hazırda hərtərəfli araşdırmalarla istintaq davam etdirilir”.

Ana səhifəXəbərlər”DYP əməkdaşı piyadanı vuraraq öldürüb”