DYP əməkdaşı ilə bağlı araşdırma başlayıb

Kamran Əliyev: “Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək”

Source:


Kamran Əliyev: “Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək”

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə sürücünün yol polisinə yalvarmasını özündə əks etdirən görüntülərlə bağlı araşdırmaya başlayıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Report”-a deyib ki, həmin videogörüntü ilə bağlı ekspertiza keçiriləck və araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək.

“99 YP 965” dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alması ehtimal edilən Elvin Mövlanov Sabirabad rayonu ərazisində xidmət aparır. Yayılan məlumatlara görə, Elvin Mövlanov saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin “saxla” işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə “görmədim, tanımadım” deyə-deyə onlara yalvarmağa başlayır. Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir. Videodan belə anlaşılır ki, sürücü yük avtomobili idarə edir və o, yol polisinin “saxla” işarəsinə əməl etməyərək hərəkəti davam etdirib.

Ana səhifəXəbərlərDYP əməkdaşı ilə bağlı araşdırma başlayıb