“Dustaq dustağa necə kömək edə bilər ki?!”(VİDEO)


Yaltaqlara dur dedi,  5 il 6 ay azadlıqdan məhrum olundu

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyev gənc bloqqer Əbdül Əbilova hökm oxuyub. Hökmə əsasən o, 5 il 6 ay azadlıqdan məhrum edilib.

Blogger son sözündə məhkəmədən ədalət gözləmədiyini bildirib: “Mən, prosedur qaydalara uyğun olaraq, məhkəmədən mənə bəraət verilməsini istəməliyəm. Nidaçı dostlarımızın təbirincə desək, hazırkı məhkəmə prosesində bu rejimin qurbanları təkcə mən deyiləm. Çünki bu sifarişli cinayət işinə sizin hakim və prokuror kimi təyin edilməyiniz sizi də qurbana çevirib. Əslində, biz bu qəfəsdə, siz isə azadlıqda – hamımız özü boyda qəfəsə çevrilmiş Azərbaycanda girov və qurban həyatı yaşayırıq. Ona görə də sizdən, məcbur edildiyinizdən artıq bir şey tələb etmək mənim üçün də çətindir. Dustaq dustağa necə kömək edə bilər ki? Fərqimiz yalnız ondan ibarətdir ki, mən bütün bu gerçəklikləri görürəm, anlayıram, lakin qəbul etmirəm. Amma, siz bu rejimin girovunda olan şəxslər kimi, mənim şərlənərək həbs olunmağım və burda sizin qarşınızda qondarma “milli” maddə ilə ittiham olunmağım sizin mərhəmət hissinizə təsir edə bilməz”.

Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanılıb. Amma bu gün eyni adlı  səhifə işlədilir.

Ə.Əbilov külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur. Ancaq o, həbsini siyasi sifariş sayır.

Ana səhifəVideo“Dustaq dustağa necə kömək edə bilər ki?!”(VİDEO)