Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb

Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, BDU tarixdə ilk dəfə dünya universitetlərinin reytinqi (𝑊𝑜𝑟𝑙𝑑 𝑈𝑛𝑖𝑣𝑒𝑟𝑠𝑖𝑡𝑦 𝑅𝑎𝑛𝑘𝑖𝑛𝑔𝘴) siyahısında yer alıb:

Source: Specify Source


Universitetlərin reytinq listində BDU da var

Dünya universitetlərinin reytinqi açıqlanıb. “𝘛𝘪𝘮𝘦𝘴 𝘏𝘪𝘨𝘩𝘦𝘳 𝘌𝘥𝘶𝘤𝘢𝘵𝘪𝘰𝘯” reytinq qurumunun “World University Rankings 2022” adlı

siyahı

sında 99 ölkədən 1600 universitetin adı var. Azərbaycanın Bakı Dövlət Universiteti (BDU) siyahının 1247-ci pilləsində qərarlaşıb.

Siyahıda Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti və Qərbi Kaspi Universiteti də var.

Azərbaycan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, BDU tarixdə ilk dəfə dünya universitetlərinin reytinqi (𝑊𝑜𝑟𝑙𝑑 𝑈𝑛𝑖𝑣𝑒𝑟𝑠𝑖𝑡𝑦 𝑅𝑎𝑛𝑘𝑖𝑛𝑔𝘴) siyahısında yer alıb:

“Siyahıda dünyanın ən nüfuzlu universitetlərinin adı var”.

Oksford Universiteti növbəti dəfə “Times Higher Education” versiyası üzrə dünyanın 200 ən yaxşı universiteti siyahısının lideri olub.

Ən yaxşı universitetlərin ilk 5-liyində həmçinin Kaliforniya Texnologiya İnstitutu (ABŞ), Harvard Universiteti (ABŞ), Stenford Universiteti (ABŞ) və Kembric Universiteti (Böyük Britaniya) də var.

Növbəti pillələri Massaçusets Texnologiya İnstitutu (ABŞ), Priston Universiteti (ABŞ), Berkli Kaliforniya Universiteti (ABŞ), Yel Universiteti (ABŞ) tutub. 10-cu yerdə Çikaqo Universiteti (ABŞ) yer alıb.

Ana səhifəSosialDünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb