Bakı Şəhər Baş Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov 15 sutka inzibati qaydada həbs edilib.
Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında bu barədə qərar qəbul edib.
Abbasov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qanunla qadağan edilən məlumatın yerləşdirilməsinə yol verilməsi) təqsirli bilinib.
Bir neçə gün əvvəl Müşfiq Abbasov “Facebook” hesabında Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında səsləndirdiyi “dünyada müstəqil media yoxdur” fikri ilə bağlı paylaşım edib.
O, statusunda “Dünyada müstəqil media yoxdur, amma bizdə var” yazıb.
Müşfiq Abbasov bir neçə il öncə rüşvət alınması ittihamı ilə həbs olunmuşdu.