Dünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edə bilər

Çin yuanı 26 avqust 2019-cu ildən bu yana ən böyük düşüşünü (0.6%) yaşayır.

Source: Foto: arxiv


Çində yeni virusun yayılma qorxusu yaranıb

Çərşənbə axşamı Ay təqvimi üstündə Yeni ili qeyd edən asiyalılar fərqli yerlərə səyahət edərkən Çin hökuməti yeni virusun insan təmasıyla yayıldığını bəyan edib. “Reuters” xəbər verir ki, indiyədək 15 tibb işçisi yoluxub və dördüncü insandır ki, artıq həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə üzrə beynəlxalq fövqəladə vəziyyət elan edilməsini müzakirə etmək üçün çərşənbə günü yığılacaq.

“Bazar ertəsi gününün sonunadək Çində təsdiqlənmiş xəstəlik sayı 291-ə çatıb”, – Milli Sağlamlıq Komissiyası bəyan edib. Onlardan 270 nəfəri Hubey əyalətinə aiddir. Virus ilk olaraq 11 milyon əhalisi olan əyalət paytaxtında, Vuhanda (Wuhan) qeydə alınıb.

Virus digər şəhərlərə də yayılıb. Cənubun Guangdong əyalətində 15, paytaxt Pekində beş, Şanxayda isə iki hadisə qeydə alınıb.

“Yeni bildirilən infeksiya insandan insana ötürülməni təmin edə bilər”, – Qərbi Sakit okean bölgəsi üzrə Dünya Səhiyyə Təşkilatının regional direktoru Takeşi Kasay bildirib.

İnfeksiya 2002-2003-cü illərdə Çində baş vermiş və təxminən 800 nəfərin ölümü ilə nəticələnən digər bir koronavirusun yaratdığı şiddətli kəskin tənəffüs sindromu (SARS) ilə bağlı qorxunu geri qaytarıb.

Dünya səhiyyə təşkilatları Çindən gələn səyahətçilərin müayinələrini gücləndirməyə başlayıb. Filippin çərşənbə axşamı ilk şübhəli hadisənin qeydə alındığını açıqlayıb. Taylandda iki, Yaponiya və Cənubi Koreyada hərəsində bir hadisə təsbit edilib.

Vuhan Bələdiyyə Sağlamlıq Komissiyası çərşənbə axşamı dörd ölüm hadisəsini təsdiqləyib. Ən son ölən şəxs 89 yaşlı bir kişi olub. Ürək xəstəliklərindən əziyyət çəkən bu şəxsin yanvarın 19-da öldüyü bildirilir.

Artan narahatlıq regional bazarlarda əksini tapıb. Çin yuanı 26 avqust 2019-cu ildən bu yana ən böyük düşüşünü (0.6%) yaşayır.

Ana səhifəDünyaDünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edə bilər