BMT

Mənbə: arxiv

Başlıq: BMT

Dünya Qida Proqramı Nobel Mükafatı alıb

“Tibbi peyvəndimiz olan günə qədər qida xaosa qarşı ən yaxşı peyvənddir”

Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramı (WFP) dünyada aclıqla mübarizə və münaqişədən təsirlənən bölgələrdə sülhə gedən yolu asanlaşdırmaq səylərinə görə Nobel Sülh Mükafatına layiq görülüb, - “Reuters” xəbər verir.

Cümə günü Roma mərkəzli təşkilat deyib ki, qurum hər il təxminən 88 ölkədə 97 milyon insana kömək edir. Əlavə edib ki, dünyadakı hər doqquz insandan biri hələ də kifayət qədər yemək qəbul etmir.

“Beynəlxalq həmrəylik və çoxtərəfli əməkdaşlığa ehtiyac hər zamankından daha çox aşkardır”,- Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen mətbuat konfransında deyib.

O, WFP-i aclığın müharibə və qarşıdurmalarda silah olaraq istifadə edilməsinin qarşısını almaq üçün önəmli hərəkətverici qüvvə adlandırıb. O əlavə edib ki, WFP-nin qənaətincə, COVID-19 pandemiyası dünya miqyasında aclığı iki qat artıra bilər.

“Tibbi peyvəndimiz olan günə qədər qida xaosa qarşı ən yaxşı peyvənddir”,- Nobel Komitəsi bəyanatında bildirib.

“Dünya Qida Proqramı daxilində bir təxmin var, bir il içərisində 265 milyon aclıqdan əziyyət çəkəcək, təbii ki, bu da beynəlxalq birliyi Dünya Qida Proqramını maliyyələşdirməyə çağırışdır”,- bəyanatda qeyd edilib.

WFP pandemiya boyunca 120-dən çox ölkəyə tibbi yük göndərib və bununla hökumətlərə və COVID-19 ilə mübarizə aparmaqda köməklik göstərib.

O, eyni zamanda ticarət uçuşlarının mümkün olmadığı zamanlarda humanitar və səhiyyə işçilərinin daşınması üçün sərnişin xidmətləri göstərib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun direktoru Dan Smith deyib ki, Norveç Nobel Komitəsinin həm ümid, həm də “beynəlxalq əməkdaşlığa dəstək” mesajı göndərmək istəyir.

“İqlim dəyişikliyi, pandemiya və digər məsələlər kimi aclıq da elə bir dünya problemidir ki, yalnız əməkdaşlıq yolu ilə həll edilə bilər”,- o deyib.

“Təəssüf ki, çox böyük bir bölgədə, xüsusən də böyük güclər arasında işbirliyinə həvəs azalmaqdadır”.

O, həmçinin qeyd edib ki, son onillik ərzində azalmasına baxmayaraq dünyada aclıq 2016-cı ildən bəri yenidən artmaqdadır.

Bu ay 75 yaşı tamam olan Birləşmiş Millətlər Təşkilatı və onun Qaçqınlar üzrə Ali Komissarlıq, UNİCEF Uşaq Fondu və sülhməramlı qüvvələri də daxil olmaqla bir sıra qurumları keçmişdə Nobel Sülh Mükafatına layiq görülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/89oao0

Ən çox baxılan