Myanmar

Mənbə: Foto: BBC

Başlıq: Myanmar

Dünya Myanmarda müsəlmanların soyqırımının dayandırılmasını tələb edir

BMT araşdırmaçıları soyqırım hərəkətlərinin təkrarlana biləcəyi barədə xəbərdarlıq edib

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Myanmarda Rohingya müsəlmanlarının soyqırımının qarşısını almaq üçün tədbirlər görməyi əmr verib, - BBC xəbər verir.

Qərardan öncə keçən ay ölkənin de-fakto lideri Aung San Suu Kyi ittihamları qəbul etməmişdi.

2017-ci ildə baş vermiş ordu zorakılığı zamanı minlərlə Rohingya müsəlmanının öldürüldüyü və 700,000-dən çox rohingyalının Banqladeşə qaçdığı bildirilir.

BMT araşdırmaçıları soyqırım hərəkətlərinin təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.

Afrikada müsəlman çoxluğa sahib Qambiya tərəfindən açılmış ICJ işiylə daha araşdırma başlamadan Myanma hərbi qüvvələrinə qarşı təcili tədbirlər görülməsi tələb olunub.

Myanmar dövləti hər zaman qeyd edib ki, ölkənin ordusu Raxine əyalətində ekstremist təhlükəyə qarşı mübarizə aparıb.

Haaqadakı məhkəmədə müdafiə çıxışı zamanı Suu Kyi durumu “daxili silahlı qarşıdurma” olaraq təsnif etmişdi.

ICJ-dən 17 hakim heyəti cümə axşamı yekdilliklə səs verərək, Myanmardan soyqırımın qarşısını almaq üçün “öz səlahiyyətləri daxilində bütün tədbirləri görməyi” tələb ediblər.

Tədbirlər məcburidir, ancaq məhkəmənin qərarın həyata keçirilməsi üçün təkidedici səlahiyyəti yoxdur.

BBC-nin Haaqada olan əməkdaşı Anna Holligan deyir ki, dekabr ayında məhkəməyə gəlməklə Suu Kyi öz legitimliyini göstərmiş oldu və artıq qərarı gözardı etmək Myanmar üçün çətin olacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yts98v

Ən çox baxılan