Dunya Miyatoviç Zakir Qaralovun təkliflərini pisləyib

”Düzəlişlər qəbul olunarsa bu, ölkədə söz və KİV azadlığının vəziyyətinə dair yeni mənfi siqnal olacaq”

Source:
Dunya Miyatoviç foto Meydan TV
Dunya Miyatoviç foto Meydan TV
Dunya Miyatoviç foto Meydan TV
Dunya Miyatoviç foto Meydan TV


”Düzəlişlər qəbul olunarsa bu, ölkədə söz və KİV azadlığının vəziyyətinə dair yeni mənfi siqnal olacaq”

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç diffamasiya haqqında qanunvericilikdə islahatlar aparmaq üçün Azərbaycan hakimiyyətinə yenidən çağırış edib.

Belə ki, noyabrın 15-də Azərbaycanın baş prokuroru Cinayət Məcəlləsinə düzəlişləri parlamentə təqdim edib.

Düzəlişlər İnternetdə prezidentin şərəf və ləqayətinin təhqir olunmasına görə məsuliyyət nəzərdə tutur.

“Düzəlişlər qəbul olunarsa bu, ölkədə söz və KİV azadlığının vəziyyətinə dair yeni mənfi siqnal olacaq. Mən hakimiyyəti bir daha Azərbaycanda diffamasiyanın dekriminallaşdırılması barədə çoxdankı vədini yerinə yetirməyə çağırıram”, – D.Miyatoviç vurğulayıb.



Turan IA

Ana səhifəXəbərlərDunya Miyatoviç Zakir Qaralovun təkliflərini pisləyib