Dünya dillərinə eyni baxan poliqlot insan (VİDEO)

“Mənim ölü dillrərə də marağım var. Misir dilinə, tuner mədəniyyətinə marağım var. Ən çox sevdiyim dil, hinddir. Mədəniyyəti olduqca zəngindir”.

Peşəsi iqtisadçı olan 37 yaşlı Emin Quliyev orta məktəbdə oxuyarkən xarici dildən ən aşağı qiymət aldığını deyir, hazırda 25 dil bilir və məqsədi bu rəqəmi 100-ə çatdırmaqdır. Dillərə maraq onda 17 yaşından yaranıb, rus dilini bilsə də sonradan ingilis dilini mükəmməl öyrənib. Daha sonra isə dünya  dillərini qruplara bölərək mənimsəməyə çalışıb.

“Əsasən iki böyük proektim var. Biri poliqlotun əl kitabıdır -beş cilddən ibarət. Hər biri 700 səhifə. Ensklopediya tipli. Mən böyük bir külliyat yazıram, dünya dilləri üçün. 4+1 formatlı. Hər birinə 25 dil daxildir. Mən ömür boyu fikirləşmişəm ki, insan bütün dünya dillərinə bir cür baxsın. Azərbaycan dilini ingilis dilinin qramatikasına uyğunlaşdırıram. Ondan sonra siz fransız dilinin qramatikasını öyrənməyəcəksiniz. Mənim qramatikamı öyrənməklə fransız dilinin qramatikasını 10 dəqiqəyə biləcəksiniz”.

Dilləri təbii yolla öyrəndiyini bildirən Emin Quliyev bunun üstünlüklərinin çox olduğunu deyir. Lakin onun fikrincə uğurun ən böyük açarı maddiyatdır. O, maddi təminata özüntəsdiq kimi baxır, arzularından biri də  İstedadlar Fondu yaratmaqdır:

“Səhər tezdən yarım saatın içində ürəyim istəyən ölkəyə biletmi alıb gedə bilməyəcəmsə, bu həyat mənə lazım deyil. Mən istəyərdim Azərbaycanda elmə müasir yanaşma olsun.  Xüsusilə Axundov kitabxanasını başdan ayağa elektronlaşdırardım”.

 “İndi hal-hazırda peşəkar musiqi ilə məşğul olmağa çalışıram. Səsim tenordu amma konservatoriya bitirmədiyimə görə operada işləyə bilmədim. İspaniyada müsabiqədə iştirak etdim. Heç kimin xəbəri olmadan səhər durdum və qərara gəldim gedib müsabiqədə iştirak edim.Nəticəsi yaxşı olmasa da yenə musiqi ilə məşğul oluram.

Emin Quliyev söhbət əsnasında Azərbaycana bağlı olduğunu dəfələrlə bildrisə də, bu ilin sonuna kimi Londona köçməyi planlaşdırır.

Ana səhifəVideoDünya dillərinə eyni baxan poliqlot insan (VİDEO)