Dünya çempionunun qətlinə görə 2 nəfərə cinayət işi açılıb

Azərbaycanlının yeri barədə məlumat verənə isə pul mükafatı veriləcək

Source:


Azərbaycanlının yeri barədə məlumat verənə isə pul mükafatı veriləcək

Rusiyada pauerliftinq üzrə dünya çempionunun qətli ilə əlaqədar 2 nəfər barəsində cinayət işi açılıb

Məlumatı APA yayıb.

Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin açıqlamasına görə, Rusiya Milli Qvardiyasının vilayət üzrə İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşı haqqında səhlənkarlıq maddəsi ilə təhqiqat başlayıb.

İstintaqın versiyasına əsasən avqustun 20-də Xabarovsk şəhərindəki ticarət mərkəzinin mühafizəçisi binanın qarşısında insanların dava üçün toplandığını görərək həyəcan siqnalını işə salıb. Hadisə yerinə gələn İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşının gözünün qarşısında azərbaycanlı Anar Allahverənov və rusiyalı idmançı Andrey Draçyov arasında münaqişə olub. Azərbaycanlı qarşı tərəfə ayaq və əlləri ilə zərbələr endirib. Mühafizə əməkdaşları öz vəzifələrini yerinə yetirməyərək onlara müdaxilə etməyib, davanı törədən şəxsi saxlamayıb və hadisə yerini tərk ediblər.

Daha sonra tərəflər arasında münaqişə davam edib. Anar Allahverənov Andrey Draçyova ölümcül zərbələr endirib. Ölümün səbəbi kəllə-beyin travması olub. Hadisədən dərhal sonra şübhəli şəxs qaçıb və o, federal axtarışa verilib. Hazırda onun yeri barədə məlumat üçün pul mükafatı təyin edilib.

Ana səhifəXəbərlərDünya çempionunun qətlinə görə 2 nəfərə cinayət işi açılıb