Sərəncam ölkənin 12 vilayətindəki cəzaçəkmə müəssisələrinə şamil edilib
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində İran millisinin Uelsi məğlub etməsi (2:0) münasibətilə bu ölkədə 709 məhkum azadlığa buraxılıb.
Bu barədə İranın Ədliyyə İdarəsinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi sərəncam imzalayıb. Sərəncam ölkənin 12 vilayətindəki cəzaçəkmə müəssisələrinə şamil edilib.
İran millisi DÇ-2022-nin B qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. İranlılar bu gün saat 23:00-da 3-cü tur çərçivəsində ABŞ yığması ilə qarşılaşacaq.