Dunja Miyatovic insan haqları komissarı seçilib

”Belə bir şəxsin insan hüquqları komissarı seçilməsi Azərbaycan üçün müsbət addım olacaq”

Source:
Dunja Mijatovic
Dunja Mijatovic


”Belə bir şəxsin insan hüquqları komissarı seçilməsi Azərbaycan üçün müsbət addım olacaq”

Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında bosniyalı Dunja Mijatovic Avropa Şurasının insan haqları üzrə yeni komissarı

seçilib

.

Onun lehinə 107 deputat səs verib. Digər namizədlər Pyer-İv Le Borny (Fransa) 103, Qoran Klemençiç (Sloveniya) 19 səs toplayıb.

Mijatovic aprelin 1-dən başlayaraq altı il ərzində bu postu tutacaq. Ondan əvvəl komissar latviyalı Nils Muiznieks idi.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Dunja Mijatovicin Avropa Şurasının insan haqları üzrə komissarı seçilməsini əlamətdar hadisə sayıb.

Anar Məmmədli Meydan TV-yə bildirib ki, komissar Avropa Şurasına üzv ölkələrdə insan hüquq və azadlıqlarının konvensiyaya uyğun qorunması və tələblərinə riayət olunması ilə məşğul olur. Avropa Şurasının insan haqları üzrə yeni komissarı digər strukturlardan fərqli olaraq üzv ölkələrdə bütün sahələrdən olan qurumlarla eyni qaydada işləyir.

Anar Məmmədli deyir ki, əvvəlki komissar Nils Mujnieks Azərbaycana həmişə diqqət ayırıb:

“Onun ardınca Dunja Mijatovicin bu vəzifəyə seçilməsi ümid yaradır ki, ənənə davam edəcək. Çünki Dunja Mijatovic Azərbaycan ictimaiyyətinə ATƏT-in media azadlığı üzrə səfiri kimi tanış idi. O zaman Dunja Mijatovic Azərbaycanda media və ifadə azadlığı məsələlərinə diqqət ayırırdı. Yəni Dunja Mijatovic bu sahədə yeni sima deyil, insan hüquqları və media azadlığı sahəsində ATƏT və Avropa Şurasına üzv ölkələri barədə geniş təcrübəyə malikdir. Belə bir şəxsin insan hüquqları komissarı seçilməsi Azərbaycan üçün müsbət addım olacaq”.

Anar Məmmədli foto Meydan TV
Anar Məmmədli foto Meydan TV

Anar Məmmədli hesab edir ki, Dunja Mijatovicin Azərbaycandakı duruma diqqətli olması illər boyu vəziyyəti yaxından izləməsi ilə bağlıdır:

“O, heç zaman susqun qalmayıb, məsələləri diqqətdə saxlayıb və rəyini bildirib. Ona görə onun fəaliyyəti önəmli olacaq. Nəhayət, Dunja Mijatovic öz hesabatını hazırlamaq üçün ildə ən azı bir dəfə  Azərbaycana gələcək, rəsmilərlə, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək. Eyni zamanda, insan hüquq pozuntularını daim diqqətdə saxlayacaq, həftəlik olaraq öz mövqeyini ifadə edəcək”.

Mijatovic 2010-2017-ci illərdə ATƏT-in mətbuat azadlığı üzrə təmsilçisi olub. Daha öncə isə Bosniya və Herseqovinanın Kommunikasiyaların Tənzimlənməsi Agentliyində yayım direktoru vəzifəsində çalışıb.

Avropa Şurası İnsan Haqları Komissarlığını 1999-cu ildə müstəqil və tərəfsiz qurum kimi yaradıb. Məqsəd Avropa Şurasının 47 üzv ölkəsində insan haqları ilə bağlı maarifləndirmə işi aparmaqdır.

Ana səhifəXəbərlərDunja Miyatovic insan haqları komissarı seçilib