Dükan sahibi: “Komissiya bizim mallara qiymət qoymasın”

Dükan sahibi: “Komissiya bizim mallara qiymət qoymasın”

Martın 26-da Nizami rayon ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Güclü yanğın nəticəsində ticarət mərkəzi yararsız vəziyyətə düşüb. Malları yanan sahibkarlar martın 27-də Nizami Rayonu İcra hakimiyyətinə üz tutub. Onlara dəymiş maddi ziyanın ödənilməsini tələb ediblər.

Bu gün-martın 28-də isə baş verən hadisə ilə bağlı prezident İlham Əliyev müşavirə keçirib. O, tapşırıq verib ki, hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödənilsin. Nizami Rayon İcra Hakimiyyəti malları yanan sahibkarlarla yenidən görüşüb.

Dükan sahibi “ İcra Hakimiyyətindən bizə dedilər ki, komissiya gəlib, zərəri hesablayacaq. Neçə saatdır gözləyirik. İndi də “Diqlas” Ticarət mərkəzinin administratoru deyir ki, komissiya özü hesablayacaq. Bizi görməsə, komissiya necə biləcək kimin nə qədər malı yanıb?”

Südabə Rəhimova: ”Komissiya bizim mallara qiymət qoymasın. Hər kəs öz malının qiymətini bilir”.

Bayram Həsənov (administrator): “Sabah buradakı camaat çağırılacaq. 5-5 qəbul edib hamısını yoluna qoyacağıq. Hamısı qanuni istintaq şəklində aparılacaq. Komissiya ilə özləri görüşəcək, mallarının dəyərini deyəcəklər. Nəyəsə etirazları olsa, orda bildirərlər”.

Ana səhifəVideoDükan sahibi: “Komissiya bizim mallara qiymət qoymasın”