DTX xarici casus saxladığını bildirib

Xarici vətəndaşa qarşı casusluq və dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürülüb

Source:
DTX
DTX


Xarici vətəndaşa qarşı casusluq və dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürülüb

Dövlət Təhlükəsizlik Xidməti (DTX) xarici ölkə vətəndaşını saxladığını

bildirib.

DTX-nın yaydığı məlumatda deyilir ki, xarici ölkə vətəndaşı Hasanzada Bahram Nusrat oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq, dövlət sirrinin ələ keçirilməsi, Azərbaycan vətəndaşlarının casusluğa cəlb edilməsi istiqamətində cinayət əməllərinə dair əldə edilən məlumatlar yoxlanılaraq təsdiqini tapıb.

Məlumatda hansı ölkənin vətəndaşı olduğu və hansı ölkənin xüsusi xidmət orqanları üçün casusluq etdiyi göstərilməsə də, bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bahram Hasanzada dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlanılıb, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 276 (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

“Müəyyən edilib ki, xarici ölkə vətəndaşı Bahram Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı sair kəşfiyyat məlumatlarını toplamış, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan Respublikası vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil edib. Araşdırmalar davam edir”,- DTX-nın məlumatında deyilir.

Saxlanılan şəxs
Saxlanılan şəxs
Ana səhifəXəbərlərDTX xarici casus saxladığını bildirib