DTX valyuta alverçilərini həbs edib

Saxlanılanlar ölkədən 80 milyon dollar, 5 milyard rubl, 248 min avro çıxarmaqda günahlandırırlar

Source:
fotolar DTX
fotolar DTX

Saxlanılanlar ölkədən 80 milyon dollar, 5 milyard rubl,  248 min avro çıxarmaqda günahlandırırlar

Dövlət Təhlükəsizlik Xidməti (DTX) 15-18 yanvar tarixlərində əməliyyat keçirərək “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkəni ifşa etdiyini, qanunsuz fəaliyyətlərinin qarşısını alındığını

bildirib

.

Məlumata əsasən, müəyyən edilib ki, 2017-ci il ərzində ölkənin gömrük sərhədindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80.731.282,0 ABŞ dolları, 5.270.227.972,0 Rusiya rublu, 248.915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən  çıxarılıb.

DTX Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərDTX valyuta alverçilərini həbs edib