DTX terror əməliyyatı hazırlayan iki nəfəri zərərsizləşdirdiyini bildirib

Əməliyyat Xaçmaz rayonunda keçirilib

Source:
Dövlət Təhlükəsizlik Xidməti
Dövlət Təhlükəsizlik Xidməti


Əməliyyat Xaçmaz rayonunda keçirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xaçmaz rayonunda əməliyyat keçirərək terror aktları planlaşdırmaqda şübhəli bilinən iki nəfərin zərərsizləşdirdiyini élan edib.

Azərtac-ın verdiyi

məlumat

a əsasən, beynəlxalq terror təşkilatının tabeliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birliyin paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci, 214.2.1-ci, 214.2.3-cü (terrorçuluğa hazırlıq), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə əməliyyat tədbirləri keçirilib.

Martın 6-da cinayətkar birliyin üzvlərindən Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, onlar təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb və silahlı müqavimət göstəriblər.

Əməliyyat qrupu tərəfindən cavab tədbiri görülüb, xidməti silahdan istifadə olunmaqla S.Məmmədov və T.Səlimov məhv ediliblər.

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.

Xüsusi xidmət orqanlarında islahatlar aparıldıqdan sonar əməliyyatlarda terrorçuluqda şübhəli bilinən şəxslərin əməliyyat zamanı məhv edilməsi tendesiyası müşahidə olunur.

2017-ci il fevralında DTX-nin keçirdiyi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən 4 nəfər öldürülüb, biri isə həbs

edilib

.

Ana səhifəXəbərlərDTX terror əməliyyatı hazırlayan iki nəfəri zərərsizləşdirdiyini bildirib