DTX

Mənbə: Foto: arxiv

Başlıq: DTX

DTX Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib (yenilənib)

Məqalə yeniləndi:  20 Fevral 2020

***

18.45.

Neftçalanın icra başçısı vəzifəsindən azad edilib

Azərbaycan Prezidenti İlham Əliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

1959-cu ildə anadan olan İsmayıl Vəliyev 1996-cı ildən 2005-ci ilə qədər gömrük sistemində müxtəlif vəzifələr tutub. 2005-ci ildən 2011-ci ilə qədər Qobustan rayon icra başçısı olub, 2011-ci ildə isə Neftçala rayonuna icra başçısı vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyev 2019-cu il oktyabrın 30-da İsmayıl Vəliyevi Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

***

Cinayət məsuliyyətinə cəlb edilən şəxslər var

Dövlət Təhlükəsizlik Xidməti fevralın 20-də məlumat yayaraq, Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyini bildirib.

Məlumatda qeyd olunub ki, rayonun icra hakimiyyətinin vəzifəli şəxsləri barədə başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Onlar vəzifə səlahiyyətlərindən istifadədə və çoxsaylı cinayətlərdə günahlandırılırlar.

“Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir”, - məlumatda deyilir.

Hazırda Neftçala Rayon İcra Hakimiyyəıtinin başçısı İsmayıl Vəliyevdir. O, 2011-ci ildən bu vəzifəni tutur.

Ötən ilin 19 dekabrında DTX Ağstafa Rayon İcra Hakimiyyətində əməliyyat keçirərək, icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovu həbs etmişdi.

Neftçala Rayon İcra Hakimiyyəti

Neftçala Rayon İcra Hakimiyyəti

Mənbə: Foto: google.az

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 Fevral 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4j5jfi

Ən çox baxılan