DTX əməliyyat keçirdi: 4 nəfər öldürüldü, 1 nəfər saxlanıldı

Öldürülən şəxslər terrora cəhddə şübhəli bilinib

Source:


Öldürülən şəxslər terrora cəhddə şübhəli bilinib

Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin dini ekstremizm zəminində ölkə ərazisində terror aktkarı planlaşdırdığı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat daxil olub.

Qurumun yaydığı açıqlamada bildirilir ki, məlumat aparılan araşdırmalarla təsdiqlənib və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.

Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələlər şöbəsindən bildirilir ki, təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q. Dəmirovun, “Əbdülxalid” ləqəbli F. Sadıqovun, T. Alməmmədovun və “Abdullah” ləqəbli S. Məmmədovun tutulması üçün bu il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.

“Əməliyyat zamanı qrup üzvlərindən M. Ulubəyov, T. Alməmmədov, Q. Dəmirov və S. Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə öldürülüb, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub”,-deyə Dövlət Təhlükəsizlik Xidməti xəbər verib.

DTX hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini qeyd edib.

Ana səhifəXəbərlərDTX əməliyyat keçirdi: 4 nəfər öldürüldü, 1 nəfər saxlanıldı